Accessibility links

Prezident Obama orta sinif üçün vergi ixtisarlarının müddətini uzatmağa çağırıb


Prezident Obama orta sinif üçün vergi ixtisarlarının müddətini uzatmağa çağırıb

ABŞ prezidenti Barak Obama Konqresdə bəzi respublikaçıların zəngin amerikalılar üçün vergilər artırılmasına yol vermək istəmədiyinə görə orta sinif üçün vergi ixtisarlarının qarşısını almasının qəbuledilməz olduğunu deyib.


Həftəlik müraciətində cənab Obama deyib ki, vergilərin yüksəldilməsi qüvvəyə minsə, bu, dörd nəfərdən ibarət Amerika ailəsinin vergilərinin 2 min dollar artması demək oalcaq.

Müraciətini ABŞ-ın şimal-şərqində Pensilvaniya ştatındakı oyuncaq fabrikasından edən cənab Obama amerikalıları onları Konqresdə təmsil edən qanunvericilərə 2 min dolların itirilməsinin gətirib çıxara biləcək nəticələr haqda məlumat verməyə çağırıb.

Cənab Obama vergilərin ixtisarının illik gəliri 250 min dollardan aşağı olan Amerika ailələlərinə şamil edilməsinə çalışır. Respublikaçılar vergi ixtisarının zəngin vergi ödəyənlər üçün tətbiq edilməsini istəyir.

Respublikaçıların həftəlik müraciəti ilə çıxış edən Uta ştatının senatoru Orrin Hatç prezidentin vergi planını tənqid edərək, planın ciddi olmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG