Accessibility links

Obama administrasiyası səhiyyə islahatları proqramının ömrünü uzadıb


Növbəti ildə tibbi yardım alanlar orta hesabla hər il pullarına 200 dollar və daha çox qənaət edə bilərlər

ABŞ prezidenti Barak Obama bildirdiyinə görə, yeni hesabat göstərir ki, bu ilin əvvəlində qəbul edilən islahatlar yaşlı insanlar üçün dövlət səhiyyə sığorta proqramının ödəmə qabiliyyətinə azı 12 il əlavə edib. Həftəlik müraciətində prezident Obama bildirib ki, Medicare səhiyyə islahatlar proqramına etibar edənlərin hesabatındakı araşdırma bunun tarixdə ən böyük ləngimə olduğunu göstərir. Prezident deyib ki, onun administrasiyası yaşlı amerikalıların mənfəətini qoruyub saxlamaqla yanaşı, israfçılıq, dələduzluq və sui-istifadə kimi faktorların qarşısını almaq yolu ilə səhiyyə islahatları proqramının ömrünü uzadıb. O deyib ki, növbəti ildə tibbi yardım alanlar orta hesabla hər il pullarına 200 dollar və daha çox qənaət edə bilərlər. Mart ayında cənab Obama 30 milyon amerikalını səhiyyə sığortası ilə təmin etmək məqsədi ilə səhiyyə sistemində islahatlar haqda qanuna imza atıb. Respublikaçıların həftəlik müraciətində İllinois ştatından konqresmen Piter Roskam cənab Obamanın ardıcıl vergi kəsrləri haqda planını tənqid edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG