Accessibility links

Prezident Obama Əfqanıstana səfərdən sonra Vaşinqtona qayıdıb


Prezident Barak Obama Vaşinqton yaxınlığında Andrüs Hərbi Hava qüvvələrinin bazasında prezident təyyarəsindən enir. 4 dekabr 2010
Prezident Barak Obama Vaşinqton yaxınlığında Andrüs Hərbi Hava qüvvələrinin bazasında prezident təyyarəsindən enir. 4 dekabr 2010

ABŞ prezidenti Barak Obama Əfqanıstana gözlənilməz səfərdən sonra bu gün Vaşinqtona qayıdıb. Prezident Obama dünən Kabil yaxınlığındakı Baqram hərbi hava bazasında ABŞ əsgərləri qarşısında çıxışı zamanı deyib ki, Birləşmiş Ştatlar Əfqanıstanın Amerikaya hücum etmək istəyən terrorçular üçün sığınacaq olmasına yol verməyəcək. O, əsgərlərin Taliban əleyhinə müharibədə müvəffəqiyyət qazandığını və onların missiyanı yerinə yetirəcəklərini deyib. Prezident Obama Ağ Evin Əfqanıstanda getdikcə daha az ictimai dəstək alan müharibə ilə bağlı hesabatı açıqlamasına bir neçə gün qalmış dünən ölkəyə əvvəlcədən elan edilməmiş səfər edib. ABŞ prezidenti Əfqanıstanda olduğu dörd saat ərzində Amerika əsgərləri ilə görüşüb və ölkənin liderlərilə danışıqlar keçirib. Pis hava şəraitinə görə Ağ Ev prezidentin Əfqanıstan prezidenti Həmid Karzai ilə təkbətək görüşünü təxirə salıb. Bunun əvəzində cənab Obama cənab Karzai ilə telefon söhbəti aparıb.

XS
SM
MD
LG