Accessibility links

Barak Obama: ABŞ qüvvələri Əfqanıstandan çıxarılmayacaq


ABŞ prezidenti gələn ilədək planlaşdırıldığı kimi Amerika qüvvələrinin Əfqanıstandan çıxarılmayacağını bəyan edib. Barak Obama deyib ki, Talibanın irəliləyiş əldə etməsini Amerika gözləmirdi.

Ağ Evdə danışan ABŞ dövlət başçısı hazırda Əfqanıstanda olan 9800 nəfərlik hərbi qüvvənin 2016-cı ildə o ölkədə qalacağını deyib. O, 2017-ci ildə hakimiyyəti tərk etdiyi zaman qüvvələrin sayının 5500-ə endiriləcəyini bildirib.

Prezident deyib ki, Amerikanın Əfqanıstandakı missiyası iki səmtdə davam etdiriləcək-Əfqanıstan qüvvələrinin təlimləri və terrorizm əleyhinə əməliyyatlarda.

Barak Obama Əfqanıstanda təhlükəslik durumunun həssalığından söz açıb.

Prezident ötən il qüvvələrin 2016-cı ilin sonunadək çıxaralacağına vəd vermişdi.

Planda 1000 nəfərdən ibarət hərbi personalın Amerika səfriliyinin mühafizəsi üçün saxlanması nəzərdə tutulurdu.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG