Accessibility links

Prezident Obama Ağ Evin mətbuat assosiasiyasının illik ziyafətində özü haqda zarafatlar edib



ABŞ prezidenti Barak Obama Vaşinqtonda Ağ Evin Müxbirliər Assosiasiyasının illik ziyafətində özü haqda zarafatlar edərək, imicini dəyişə biləcəyini deyib.

Vaşinqtonun nüfuzlu siyasətçiləri ilə yanaşı Hollivud ulduzlarının da iştirak etdiyi ənənəvi ziyafət zamanı cənab Obama ikinci dönəm hakimiyyəti dövrü bu dəyişikliklər üçün həyat yoldaşı Mişel Obamadan nümunə götürdüyünü bildirib. O toplaşanlara Mişel Obamanın saçlarına bənzər yeni saç düzümünü nümayiş etdirib.

Ziyafətin zarafat dolu tonuna baxmayaraq, ABŞ prezidenti çıxışında ciddi məqamlara da toxunub. Prezident Obama Boston marafonu zamanı bomba hücumları və Texasda insan ölümülə nəticələnmiş partlayışları xatırladaraq, hadisələri işıqlandıran jurnalistlərə təşəkkürünü bildirib.

Bu il ziyafətdə aparıcı tanınmış tele-şou ustası Konan O'Brayan olub. Tədbirə çox sayda Hollivud ulduzu, o cümlədən, kino-rejissor Stiven Spilberq, aktrisalar Şeron Stoun, Kerri Vaşinqton, Sofiya Verqara, eləcə də cənubi koreyalı musiqiçi Psy və başqaları qatılıb.

Ağ Evin Müxbirlər Assosiasiyasının ənənəvi ziyafəti paytaxt Vaşinqtonda böyük siyasət və Hollivudun qovuşduğu bir tədbir hesab edilir. ABŞ prezidentlərinə gəldikdə isə bu, onlara yumor hissini nümayiş etdirərək, mətbuatla yanaşı, ictimaiyyətə ölkədə ən yüksək vəzifəni tutan şəxsin özəl keyfiyyətlərini daha yaxından görmək imkanı verir.

Ağ Evin Müxbirlər Assosiasiyası 1914-cü ildə fevral ayında prezident Vudro Vilsonun müxbirlər üçün hər gün açıq mətbuat konfrasları keçirmək istədiyinə dair məlumat yayıldığı zaman yaradılıb. İlk ziyafət bundan altı il sonra 1920-ci ildə keçirilib. Müxbirlər üçün ziyafətə gələn ilk prezident isə 1924-cü ildə Kelvin Kulic olub. Bundan sonra Ağ Evin Müxbirlər Assosiasiyasının ziyafətinə 14 Amerika prezidenti qatılıb.

Maraqlı burasıdır ki, 1962-ci ilə qədər müxbirlərin assosiasiyasında üzv olmalarına baxmayaraq, qadın jurnalistlər ziyafətə buraxılmırdı. Prezident Con Kennedininin buna etiraz edərək, qadın jurnalistlər dəvət edilmədiyi halda, ziyafətə qatılmayacağını elan etməsindən sonra qadınlar da bu illik tədbirdə iştirak etməyə başlamışdır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG