Dünya liderlərinə bir il bundan əvvəl İslam Dövləti yaraqlı qrupunu məğlub etmək üçün konkret addımlarla bağlı təkliflərini verməsi ilə bağlı müraciət etdikdən sonra ABŞ prezidenti Barak Obama bu gün BMT-də mübarizənin gedişatına dair məruzə ilə çıxış edib. ABŞ prezidenti İŞİD-ə qarşı mübarizənin nə asan, nə də tez olmayacağı haqda mesaj verib.
BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində İŞİD və Zorakı Ekstremizmə Qarşı Liderlər Sammitinə sədrlik edən cənab Obama deyib ki, dünyanın 100-dən çox ölkəsi və qurumu qlobal hərəkatın bir hissəsi olaraq ekstremist qrupun məhv edilməsi missiyası arxasında birləşib.
"Biz görürük ki, İŞİD idarəçiliyin uğursuz olduğu, bəzi hallarda vətəndaş müharibəsi və ya məzhəb qarşıdurmalarının baş verdiyi yerlərdə kök salır."- ABŞ prezidenti Barak Obama
Prezident Obama Nigeriya, Tunis və Malayziyanın ABŞ-ın başçılığı ilə İraq və Suriyada İslam Dövləti qrupuna qarşı mübarizə aparan 60-dan çox ölkənin daxil olduğu beynəlxalq koalisiyaya qoşulduğunu elan edib. O, bunun həm uğurlar, həm də geriləmələrlə müşayiət olan bir kampaniya adlandırıb.
"Mən dəfələrlə bildirmişəm ki, bizim yanaşmamız vaxt tələb edir, bu, asan vəzifə deyil"-deyə prezident Obama bildirib. O deyib:"Biz görürük ki, İŞİD idarəçiliyin uğursuz olduğu, bəzi hallarda vətəndaş müharibəsi və ya məzhəb qarşıdurmalarının baş verdiyi yerlərdə kök salır."
ABŞ prezidenti deyib ki, İslam Dövləti qrupu təhlükəsizliklə bağlı boşluğun olduğu yerlərdə özünə yer edə bilir. O, qrupun sosial mediada öz sıralarına yeni üzvlər cəlb etmək səylərinin təsirli olduğunu etiraf edib.
"Mən inanıram ki, İŞİD-in məğlub edilməsi yeni lider və terrorçu qruplara qarşı mübarizədə Suriya xalqını birləşdirəcək hamının təmsil olunduğu hökumət tələb edir"- ABŞ prezidenti Obama Obama
Prezident Obama Suriya ilə bağlı bir gün əvvəl BMT-nin Baş Assambleyasında məruzəsi zamanı mesajını bir daha təkrar edərək, deyib ki, siyasi keçid prosesi prezident Bəşar Əl-Əsədin iştirakı olmadan baş verməlidir.
"Mən inanıram ki, İŞİD-in məğlub edilməsi yeni lider və terrorçu qruplara qarşı mübarizədə Suriya xalqını birləşdirəcək hamının təmsil olunduğu hökumət tələb edir"-deyə prezident Obama bildirib.