Accessibility links

Barak Obama: ABŞ tibbi sığorta proqramının həyata tətbiqinə hazırdır


Barak Obama Amerikanın "Obamacare" kimi tanınan tibbi sığorta proqramının həyata tətbiqinə hazır olduğunu deyib.

Həftəlik radio müraciəti zamanı ABŞ prezidenti azgəlirli vətəndaşların oktyabr ayının 1-dın etibarən sığorta əldə edə biləcəklərini bildirib. O deyib ki, sığorta şirkətləri xəstəliyi olanların sığorta tələbinə yox deyə bilməyəcək.

Barak Obama səhiyyə sığortalarının ABŞ iqtisadiyyatına milyonlarla dollar bahasına başa gəldiyini deyib. Prezident səhiyyə imkanlarının privilegiya deyil, insanların haqqı olduğunu vurğulayıb.

ABŞ dövlət başçısı Konrqesin respublikaçı nümayəndələrinin insanlarda çaşqınlıq yaratmaq üçün “gərgin” iş apardığını və hökumətin fəaliiyətini dayandırmaqla hədələdiyini deyib.

Respublikaçıların həftəlik müraciətini edən Şelli Mur Kapito səhiyyə proqramının qiymətləri qaldırdığını, iş yerlərini təhlükəyə saldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG