Accessibility links

Barak Obama əks-terror siyasəti barədə çıxış etdi


ABŞ prezidenti Barak Obama Amerikanın milli təhlükəsizlik siyasəti haqda çıxış edib. Prezident deyib ki, daxili terror əsl təhlükədir. O, terrorizmin əksər hallarda ideologiyaya əsaslandığını deyib, bu növ düşüncənin bir çox müsəlmanlar tərəfindən rədd edildiyini bildirib.

“Mən bu gün əks-terror strategiyasından söz açmaq istəyirəm. Əfqanıstanda missiyamızı başa çatdırırıq. Döyüş missiyamız bitir. Biz Əfqanıstanın təhlükəsizlik qüvvələrinə təlimlər verməklə həmin ölkənin Taliban kimi ekstremistlərə sığınacaq olmasına yol verməyəcəyik. 2014-cü ildə Əfqanıstandan çıxanadək Əl-Qaidanın hədəf alınması davam etdiriləcək. Biz Pakistan, Yəmən, Somali kimi ölkələrə terrorçu qrupların məhvinə yardım edirik. Bizim ən güclü əks-terror fəaliyyətimiz əməkdaşlıq, məlumat mübadiləsidir.”

ABŞ prezidenti vurğulayıb ki, pilotsuz təyyarələrinin hücumlarını müdafiə etsə də, bunun Amerikanın istədiyi yerdə, istənilən hədəfi nişan alması demək deyil. O deyib ki, hərbi qüvvələr dinc əhalini nəzərə alaraq hücumları davam etdirəcək. O, dinc əhali arasında tələfatla bağlı ziddiyyətli göstəricilər verildiyini deyib. ABŞ dövlət başçısı bildirib ki, əhali itkisinə heç cür bəraət qazandırıla bilməz. Prezident deyib ki, pilotsuz təyyarələr bizi öldürmək istəyənləri hədəf alır.

Bu arada ABŞ rəsmiləri bu kimi hücumlar nəticəsində həlak olan 4 amerikalıdan birinin kimliyini açıqlayıb. Cude Kənan Məhəmmədin pilotsuz təyyarə hücumu nəticəsində həlak olduğu barədə məlumat verilməmişdi. Rəsmilər Məhəmmədin 2008-ci ildə Amerikanı tərk etdiyini və 2011-ci ildə 23 yaşında ikən Pakistanda öldürüldüyünü bildirib. Onun ekstremistlərin nəzarəti altında olan bölgələrdə üsyançılarla əlaqədə olduğu deyilib. Lakin ABŞ hücum zamanı onun hədəf alındığını inkar edib. Atası pakistanlı, anası amerikalı olan Məhəmməd Şimali Karolina ştatında yaşayıb. 2009-cu ildə o, Virciniya ştatının hərbi dəniz bazasına hücum cəhdində ittiham edilmişdi.

Prezident Obama Quantanamo həbsxanasının qapadılacağını bildirmiş və terror məhbuslarının başqa həbsxanaya köçürüləcəyini əlavə etmişdi.

Prezidentin çıxışı insidentsiz ötüşməyib. Belə ki, zalda əyləşən bir qadın Prezident Obamaya replikalar ataraq onu çıxışını bir neçə dəfə kəsməyə vadar edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG