Accessibility links

Obama Türkiyə və Rusiyanı gərginliyi azaltmağa çağırıb [VİDEO]


Türkiyənin Rusiyaya məxsus qırıcı təyyarəsini vurmasından bir həftə sonra ABŞ prezidenti Barak Obama hər iki ölkəni aralarındakı gərginliyi artırmamağa və Suriya münaqişəsində vahid cəbhə olmağa çağırıb.

Obama Parisdə keçirilən BMT İqlim konfransından kənar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Hamımızın ortaq düşməni var, o da İŞİD-dir. Mən əmin olmaq istəyirəm ki, biz diqqətimizi bu təhlükəyə yönəltmişik. Əmin olmaq istəyirəm ki, biz Suriyada siyasi nizamlanmaya nail olacağıq".

Ərdoğan deyib ki, o, gərginliyin aradan götürülməsini istəyir. O, regiondakı problem adlandırdığı bu hadisənin diplomatik yolla həllinə çağırıb.

Rusiya prezidenti Vladimir Putin isə dəfələrlə təkid edib ki, təyyarə Türkiyə sərhədlərini keçməyib və bu insidentə Ankaraya iqtisadi sanksiyalar tətbiq etməklə cavab verib.

Dünən Putin Parisdə Ərdoğanla görüşdən imtina edib və Türkiyəni İŞİD terror qruplaşmasından əldə etdiyi neft təchizatlarını qorumaq üçün Rusiya qırıcısını vurmaqda günahlandırıb.

Ərdoğan isə ittiham rədd edərək bildirib ki, əgər Putinin iddiaları öz təsdiqini tapsa, o, istefa verməyə hazırdır.

XS
SM
MD
LG