Accessibility links

Barak Obama və Recep Tayyip Erdoğan arasında görüş


ABŞ və Türkiyə prezidentləri Barak Obama və Recep Tayyip Ərdoğan görüşüblər. 45 dəqiqə sürən görüşdən sonra Ərdoğan bildirib ki, bütün terror təşkilatlarına qarşı birgə mübarizə aparmağa məcburuq: «Təmənnamız cənubda bir terror dəhlizi olmasın», Erdoğan deyib. O, 15 iyulda dövlət çevrilişi cəhdinə də toxunub, «Fetö» hərəkətindən bəhs edib, deyib ki, Fətullah Gülenlə bağlı çevriliş cəhdindən əvvəl də ABŞ-a sənədlər göndərilmişdi: «15 iyuldan sonra hazırlanan sənədlər də ABŞ-dan gələn heyətə daha sonra təqdim ediləcək».

Barak Obama isə Türkiyəyə miqrantlara qapı açdığı üçün təşəkkür edib, deyib ki, digər dövlətlərlə müqayisədə Türkiyə daha çox miqrant qəbul edib.

15 iyul dövlət çevrilişinə cəhddən sonra ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyəyə verilməsi üzündən Vaşinqton və İstanbul arasında münasibətlər gərginləşib. Əvəzində Rusiya Türkiyə arasında yaxınlaşma müşahidə olunur.

Prezidentlər Çində keçirilən Böyük 20-liyin sammiti çərçivəsində təkbətək görüşüblər.

XS
SM
MD
LG