Accessibility links

Prezident Obama Atalar günü münasibətilə amerikalılara təbriklərini çatdırıb


Prezident Obama Atalar günü münasibətilə amerikalılara təbriklərini çatdırıb
Prezident Obama Atalar günü münasibətilə amerikalılara təbriklərini çatdırıb

ABŞ prezidenti Barak Obama Atalar günü münasibətilə amerikalılara təbriklərini çatdırıb. Ağ evin veb səhifəsində yerləşdirilmiş müraciətində prezident Obama ata və valideyn olmağın məsuliyyətindən danışır.

Cənab Obama iki yaşından atasız böyüdüyünü qeyd edərək, indinin özünə qədər "Görəsən atam mənimlə olsaydı, mən necə böyüyərdim" sualına cavab axtardığını bildirib. "Buna görə də yaxşı ata olmaq mənim üçün çox böyük önəm daşıyır"-deyən ABŞ perzidenti ata kimi daşıdığı valideyn məsuliyyəti haqda fikirləri ilə bölüşüb.

Prezident Obama deyib ki, o həmişə iki qızı-Saşa və Maliya ilə bərabər vaxt keçirə bilmir və una görə özünü ideal ata hesab etmir. Onun sözlərinə görə, çox zaman valideynlik məsuliyyətinin böyük hissəsi təkcə həyat yoldaşı Mişelin üzərinə düşür.

Lakin məşğulluğuna baxmayaraq, prezident Obama bazar günləri qızı Saşanın basketbol komandasında məşqçinin köməkçisi olmağa vaxt tapır.

Obama administrasiyası iqtisadi tənəzzül dövrü çətinliklərlə qarşılan və ataların hərbi xidmətdə olduğu Amerika ailələrinə yardım məqsədilə bu il “Güclü atalar, güclü ailələr” adlı kampaniyaya başlayıb.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG