Accessibility links

Obama və Baydenin gəlirləri açıqlandı


ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Beyden 2013-cü ildə gəlirləri ilə bağlı vergi deklarasiyalarını açıqlayıblar.

Ağ Evin veb səhifəsində yerləşdirilmiş məlumata əsasən, 2013-cü ildə Barak və Mişel Obamanın birgə gəlirləri 481 min 98 dollar təşkil edib. Bu gəlirdən prezident ailəsi federal büdcəyə 98 min 169 dollar, İllinoys ştatının büdcəsinə isə 23 min 328 dollar məbləğində vergi ödəyib. Obamalar eyni zamanda, 32 müxtəlif xeyriyyə cəmiyyətinə ümumi hesabla 59 min 251 dollar məbləğində ianə edib.

ABŞ vitse-prezidenti Co Bayden və onun xanımı Cill Baydenin isə 2013-cü ildə birlikdə gəlirləri 407 min 9 dollar təşkil edib. Onlar gəlirglərindən federal büdcəyə 96 min 378 vergi ödəyiblər. Vitse-prezident Bayden dogma Delaver ştatının büdcəsinə 14 min 644, Cill Bayden isə Virciniya ştatının büdcəsinə isə 3 min 470 dollar məbləğində vergi ödəyib. Baydenlərin xeyriyyə məqsədilə ianə etdikləri məbləğ isə 20 min 523 dollar kimi göstərilib.
XS
SM
MD
LG