Accessibility links

Obama ABŞ-ın girovlarla bağlı yeni siyasətini açıqlayıb


Prezident Barak Obama ABŞ-ın girovdarlarla bağlı siyasətində dəyişikliklər edilməsi haqda göstəriş verdiyini deyib. ABŞ prezidenti hökumətin xarici ölkələrdə terrorçular tərəfindən girov saxlanan amerikalıların azad edilməsi üçün dövlətin nüfuzundan bütünlüklə istifadə edəcəyinə söz verib.

Ağ Evdə danışan cənab Obama deyib ki, ABŞ hökuməti bundna sonra girovdarlarla danışıqlar aparmağa çalışan və qohumlarının azad edilməsi üçün pul ödəmək istəyən ailə üzvlərini cəzalandırmaqla hədələməyəcək.

Altı ay müddətində girovlarla bağlı siyasətin nəzərdən keçirilməsindən sonra açıqlanan nəticələrlə tanış olan prezident Obama “Biz bu işi daha yaxşı görməliyik” deyib. O bildirib ki, hökumət girovdarlara güzəştə getməyəcək və onlara pul ödənməsinin yenə də əleyhinədir.

Lakin bununla belə, prezident bildirib ki, bu siyasət girovdarlarla əlaqə saxlanılmasına mane olmayacaq.

Ağ Evdə keçmiş girovlar və onların ailə üzvləri ilə görüşdən bir qədər sonra danışan cənab Obama deyib ki, hökumət ayrı-ayrı şəxslərin girovdarlarla ictimaiyyət və özəl şəxslər vasitəsilə əlaqə saxlamaq səylərinə kömək edəcək.

Girovlarla bağlı vəziyyətdə yeni siyasi kurs girov böhranı qurbanlarının ailə üzvlərinin hökuməti kəskin tənqidindən sonra atılıb. Ailə üzvləri girovdarlara pul ödənməsi, ya da buna cəhd göstərildiyi halda cəzalandırılacaqları kimi təhdidlərlə qarşılaşdığını bildirib.

ABŞ rəsmiləri yeni inzibati ölçülərin girovların ailə üzvləri ilə səylərin koordinasiya edilməsi, girovdarlarla əlaqə yaradılmasına yardımın göstərilməsi işini asanlaşdırıcağını bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG