Accessibility links

Obama: Qadınlar əməyə görə bərabər maaşla təmin edilməlidir


ABŞ prezidenti Barak Obama qadınlar da daxil olmaqla, hər bir amerikalının əməyinə qiymət verilməli olduğunu deyib.

Amerika xalqına həftəlik müraciətində cənab Obama əvvəlkinə nisbətən indi daha çox qadının ailənin əsas təminatçısına çevrildiyini deyib. O qeyd edib ki, amma buna baxmayaraq, qadınların hələ də kişilərin qazandığı hər dollar müqabilində cəmi 77 sent alır.

Cənab Obama Konqresi qadınların əməyə görə bərabər maaş, eləcə də uşaq, ya da valideynin xəstəliyi ilə əlaqədar ödənişli məzuniyyət ala bilməsini təmin etməyə çağırıb.

Prezident Obama Konqresi minimum əmək haqqını saatda 10 dollara çatdırmağa səsləyərək, bununla 28 milyon amerikalının maaşının qaldırılacağını deyib.

Respublikaçılar partiyası adından müraciətlə çıxış edən Miçiqan ştatının qubernatoru Rik Snayder respublikaçıların nəzarətində olan ştatlarda iqtisadi inkişafın müşahidə edildiyini deyib və onların idarəçiliyi olsa, bunun ölkə miqyasında baş verə biləcəyini əlavə edib.
XS
SM
MD
LG