Accessibility links

Prezident Obama ailə və iş arasında balansdan danışıb


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların ödənişli analıq məzuniyyətinin təmin edilmədiyi üç ölkədən biri olduğunu deyərək, bunun dəyişdirilməsinə çağırıb.

Amerika xalqına həftəlik müraciətində cənab Obama iş yerlərində köhnəlmiş qaydaların dəyişdirilməli olduğunu deyib.

Prezident Obama Birləşmiş Ştatlarda ailəli və qohumları xəstə olan işçilərin öz iş yerlərində qala bilməsi üçün qanunların yüngülləşdirilməli olduğunu deyib. Onun sözlərinə görə, işçilərin ailə və iş arasında seçim qarşısında qalması düzgün deyil.

ABŞ prezidenti bazar ertəsi günü Ağ Evdə hər iki valideynin işlədiyi ailələrlə bağlı sammit keçirəcək.

Respublikaçıların həftəlik müraciətində Miçiqan ştatından konqresmen Fred Apton cənab Obamanın enerjinin inkişafı sahəsində fəaliyyətlərini tənqid edib. O bildirib ki, ABŞ enerji bolluğuna gətirib çıxaraq infrastruktur yaratmalıdır.
XS
SM
MD
LG