Accessibility links

Barak Obama Ali Məhkəməyə hakimin nominasiyasını irəli sürüb


ABŞ prezidenti Barak Obama Merrik Qarlandi Ali Məhkəməyə hakim vəzifəsinə nominasiya edib.

Mərkəzçi hüquqşünas kimi tanınan Qarland ötən ay qəflətən vəfat edən mühafizəkar hakim Antonin Skaliyanı əvəz edəcək.

Respublikaçıların nəzarətində oplan Senat Obamanın nominasiya etdiyi hakimin təyinatı ilə bağlı səsvermə keçirilməyəcəyini bəyan edib.

Obama deyib ki, Qarland sabah Senatda senatorlarla tək-tək görüşlər keçirəcək.

ABŞ dövlət başçısı respublikaçı nümayəndələri ona ədalətli ifadə vermək imkanı yaradılmasına çağırıb.

Bu arada hazırda məhkəmədə dörd liberal və dörd mühafizəkar hakim olduğu üçün qərarlar 4-4 səslə nəticələnəndə, Ali məhkəmə aşağı məhkəmənin qərarının qüvvədə saxlanılmasına icazə verəcək və beləliklə Ali Məhkəmənin qərarları ölkə boyu heç bir presedent müəyyən etməyəcək.

​Ali Məhkəməyə hazırda 61 yaşlı Con Roberts sədrlik edir. Məhkəmə heyətində 79 yaşlı Antoni Kennedi, 67 yaşlı Klarens Tomas, 83 yaşlı Rit Bader Qinsburq, 77 yaşlı Stefen Breyer, 65 yaşlı Samuel Alito, 61 yaşlı Sinia Sotomayor və 55 yaşlı Yelana Koqan yer alır.

Ali məhkəməyə hakim ömürlük seçilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG