Accessibility links

Barak Obama: "Xərclərin azaldılmasını istədiyimiz kimi həyata keçirə bilmərik"


ABŞ prezidenti Barak Obama qanunvericiləri defisiti azaltmaq və iqtisadi inkişafı önə çəkmək üçün balanslı yanaşma üzərində birgə işləməyə çağırıb.

Prezident həftəlik müraciətində deyib ki, xərclərin azaldılması mühümdür. O, əlavə edib: "Ancaq biz bunu istədiyimiz kimi həyata keçirə bilmərik".

Cənab Obama Konqresi təhsil, infrastruktur, o cümlədən tədqiqat və inkişafa investisiya yatırmağa çağırıb. Prezident deyib ki, bu sahələrə yatırımlar Amerikada yaxşı iş yerləri və yeni sənayelər uğrunda rəqabətin güclənməsinə kömək edəcək.

Ağ Ev sahibinin sözlərinə görə, Vaşinqtonda hamı diqqətini siyasətə yox, ölkə üçün düzgün olan istiqamətə yönəltməlidir.

Respublikaçıların həftəlik müraciətində isə Nümayəndələr Palatasının üzvü Susan Bruk deyib ki, demokratlar ölkənin xərcləmə problemlərinə ciddi yanaşmalıdırlar. O, Senat demorkatlarını büdcəni qəbul etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG