Accessibility links

Obama həftəlik müraciətində minimum əmək haqqının artırılmasından danışıb


ABŞ prezident Barak Obama deyib ki, Amerikada hələ də gördüyü eyni işə görə qadınlar kişilərdən daha az əmək haqqı alır.

Prezident həftəlik müraciətində söyləyib ki, ölkədə ikinci-sinif vətəndaş olmadığı kimi, iş yerlərində də olmamalıdır.

Onun sözlərinə görə, qadınlar ədalətli ödənişə layiqdirlər.

Cənab Obama qadınların əmək haqlarının artırılmasının yollarından birinin Konqresin minimum əmək haqqının artırılmasına dair qanunu qəbul etməsi olduğunu deyib. Son 7 ildir ABŞ-da minimum əmək haqqı dəyişməz qalıb.

Prezident Obama bildirib ki, 28 milyona yaxın işçi minimum əmək haqqının 10 dollar 10 sentə artırılmasından yararlana bilər ki, onlarında yarısından çoxu qadınlardır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG