Accessibility links

Prezident Obama amerikalıları HİV testlərindən keçməyə çağırır


Prezident Obama amerikalıları HİV testlərindən keçməyə çağırır
Prezident Obama amerikalıları HİV testlərindən keçməyə çağırır

ABŞ prezidenti Barak Obama amerikalıları HİV testlərindən keçməyə çağırır. Bu gün Amerikada HİV Test günü açıqladığı bəyanatda prezident Obama deyib ki, virusun daşıcıyısı olan beş amerikalıdan birinin bundan xəbəri yoxdur. O, insanların öz vəziyyətinin başa düşməsi və müalicə olmasının əhəmiyyətini vurğulayıb. ABŞ prezidenti ilk dəfə 30 il bundan əvvəl qeydə alınan HİV/AİDS xəstəliyi səbəbi ilə 600 min amerikalının öldüyünü və bir milyondan çox insanın xəstəliklə yaşadığını deyib. BMT-nin bildirdiyinə görə, dünyada 34 milyon adam HİV virusunun daşıyıcısıdır. 30 il bundan əvvəl ilk dəfə xəstəlik qeydə alınandan dünyada 30 milyon insan QİÇS səbəbi ilə dünyasını dəyişib.

XS
SM
MD
LG