Accessibility links

Prezident Obama Ağ Evdə iftar yeməyi verib


Birləşmiş Ştatlar prezidenti Barak Obama müqəddəs Ramazan ayının başlaması münasibətilə bazar ertəsi Ağ Evdə İftar yeməyi verib. Cənab Obama mərasimə dəvət edilən diplomatlar, qanunvericilər və Amerikanın müsəlman icmalarının üzvləri qarşısında çıxış edib.

Cənab Obama deyib ki, iftar yeməyi etiqad azadlığı da daxil olmaqla, azadlıqların amerikalıları birliəşdirdiyini xatırladır. Amerika prezidenti hicab geydiyinə görə işə götürülməyən və Ali Məhkəməyə müraciət etdikdən sonra hicab geymək hüququnu məhkəmə prosesində müvəffəqiyyətlə müdafiə edə bilən Samanta Elaf və mərasimdə iştirak edən daha bir neçə müsəlman fəalın açını çəkib.

Cənab Obama Cənubi Karolina ştatının Çarlston şəhərində kilsəyə hücum da daxil edilməklə, son zamanlar dini zəmində həyata keçirilən hücumları qınayıb. "Bizim dəyərlərimiz təhlükə qarşısında olduğu zaman biz bir millət kimi bir araya gəlirik" deyə, prezident Obama bildirib.

XS
SM
MD
LG