Accessibility links

Obamanın sonuncu hesabat məruzəsi: Gələcəyə baxış, birliyə çağırış


ABŞ-ın vitse-prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Pol Rayan ABŞ prezidenti Barak Obamanın çıxışını dinləyir
ABŞ-ın vitse-prezidenti Co Bayden və Nümayəndələr Palatasının spikeri Pol Rayan ABŞ prezidenti Barak Obamanın çıxışını dinləyir

ABŞ prezidenti Barak Obama Konqres qarşısında yeddinci və sonuncu dəfə ölkədə vəziyyətlə bağlı illik hesabat məruzəsi ilə çıxış edib. Obama çıxışında hakimiyyətdə olduğu müddətdə əldə etdiyi nailiyyətlərlə yanaşı, ölkənin gələcəyi ilə bağlı baxışlarını ifadə edib və dərin siyasibölünmələrin təsirlərinin aradan qaldırılmasının vaciblyi ilə bağlı fikirləri ilə bölüşüb.

Konqresin Nümayəndələr Palatasının zalında danışan Amerika prezidenti hakimiyyətdə son il gözləntilərin daha az olduğunu etiraf etsə də, öz siyasi məqsədlərinə çatmaq üçün işi davam etdirməyə söz verib.

"Dağılmış mühacirət sistemini düzəltmək, uşaqlarımızı silahlı zorakılıqlardan qorumaq, bərabər işə görə bərabər maaş, ödənişli məzuniyyət, minimum əmək haqqının artırılması-bütün bunlar zəhmətkeş ailələr üçün əhəmiyyəti olan məsələlərdir; bunları hələ də görmək olar və mən bu işləri görməyənə qədər rahat olmayacam"-deyə prezident Obama hesabat məruzəsində bildirib.
Obama həmçinin onun iqtisadi siyasətini tənqid edənlərə üz tutaraq, Amerika iqtisadiyyatının güclü inkişafa malik olduğunu bildirib. "Amerika Birləşmiş Ştatları dünyanın hazırda ən güclü, ən davamlı iqtisadiyyatına malik ölkəsidir" deyən Obama 14 milyon yeni iş yerinin açıldığını, işsizlik səviyyəsinin yarıya endiyini, avtomobil və istehsal sahələrində inkişafın artdığını qeyd edib.


Xarici Siyasət


Xarici siyasət sahəsində prioritetlərdən danışan Obama terrorizmə qarşı mübarizəyə geniş yer verib. O, Amerika xalqının qorunması və terrorçu şəbəkələrin təqib edilməsini başlıca prioritet adlandırıb. Obama Əl-Qaidə və İslam Dövləti qruplarının Birləşmiş Ştatlar üçün təhlükə təşkil etdiyini bildirib. Lakin ABŞ prezidenti dünyanın Üçüncü Dünya müharibəsinə sürükləndiyini düşünənlərə xəbərdarlıq edib.
"Yük maşınlarının arxasındakı çox sayda döyüşçü və mənzillər və qarajlarda qəsdlər hazırlayan ruhu pozulmuşlar vətəndaşlar üçün təhlükə təşkil edir və onlar dayandırılmalıdır. Lakin onlar bizim ölkə kimi mövcudluğumuza təhlükə təşkil etmir"-deyə Obama bildirib.
Obama deyib ki, "bu, İŞİD-in söyləmək istədiyi hekayədir" və qrupun öz sıralarına adam götürmək üçün istifadə etdiyi təbliğatdır. ABŞ prezidenti həmçinin deyib ki, "biz bu döyüşdə İŞİD-in dünyanın ən böyük dinlərindən biri olan dini təmsil etdiyinə dair yalanına inanaraq önəmli müttəfiqlərimizi kənarlaşdırmamalıyıq."
Obama xarici siyasət sahəsində əsas nailiyyətlər kimi Qərbi Afrikada Ebola xəstəliyinin yayılmasının qarşısının alınması, Trans Sakit okeanı azad ticarətə dair müqavilənin imzalanmasını, Kuba ilə diplomatik münasibətlərin bərpa edilməsini və İranla nüvə razılaşmasının əldə edilməsini göstərib.

Respublikaçı namizədlərin seçki kampaniyası


Demokratlar partiyasına mənsub Obama prezidentliyə respublikaçı namizədlərin seçki kampaniyasına toxunaraq, amerikalıların "gələcəkdən qorxmamalı olduqlarını" deyib.
"Amerika bundan əvvəl də müharibələr və böhran, mühacir axını, ədalət uğrunda mübarizə aparan fəhlələr və vətəndaş hüquqlarının genişlənməsi hərəkatları kimi böyük dəyişikliklərdən keçib"-deyə o bildirib.
O, prezident seçki kampaniyasında müsəlmanlar haqda sayqısız açıqlamalar verən namizədləri nəzərdə tutaraq deyib: "Siyasətçilər müsəlmanları təhqir edəndə və məsciddə vandalizm törəndə, ya da uşaq qorxudulanda bu, bizi daha təhlükəsiz etmir. Bu, onları olduğu kimi göstərmir. Bu, bizi dünyanın gözündə kiçildir. Bu, bizim öz məqsədlərimizə çatmağımızı çətinləşdirir və bizə bir ölkə kimi xəyanətdir."

Respublikaçıların cavabı

Respublikaçılar partiyasının Obamanın hesabat məruzəsinə cavabını Cənubi Karolina ştatının qubernatoru Nikki Haley verib. O, prezident Obamanın hakimiyyətdə olduğu müddətə verdiyi vədlərə əməl etmədiyini deyib. "Onun hakimiyyətdə sonuncu ilinə qədəm qoyduğu zaman bir çox amerikalı maaşların qaldırılması üçün hələ də zəif olan iqtisadiyyatın altında əzilir. Biz milli borcun aşıb-daşdığını, daha az əlverişli v daha az həkimin mövcud olduğu səhiyyə planını, biz çox şəhərlərimizdə qarışıq vəziyyət görürük"-deyə o bildirib.

Qubernator Nikki Haley prezident Obamanın terror təhdidlərinə qarşı kifayət qədər iş görmədiyini deyib.

"Bundan daha da pis, biz indi 11 sentyabr hadisələrindən bəri ən təhlükəli terrorçu hədələri qarşısında durur və prezident belə görünür ya bununal məşğul olmaq istəmir, ya da bunu edə bilmir. Bir az sonra Obamanın prezidentliyi sona çatacaq və Amerika yeni istiqamətə yönəlmək imkanı əldə edəcək. Mən sizinlə bu barədə danışmaq istəyirəm"-deyə Nikki Haley bildirib.

XS
SM
MD
LG