Accessibility links

Prezident Obama ABŞ-da qeyri-bərabər iqtisadi imkanlardan danışıb


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar hökumətinin iqtisadi qeyri-bərabərliyin artması və “Amerika arzusu”nun gerçəkləşməsini şübhə altına alan irəliyə inkişafın müşahidə edilməməsi kimi on ildir davam tendensiyanın qarşısını almalı olduğunu deyib.

Prezident Obama bu açıqlamanı iqtisadi məsələlərdə liberal mövqeyə Amerika İnkişaf Mərkəzində çıxışı zamanı verib. ABŞ prezidenti deyib ki, onun 1979-cu ildə universiteti bitirməsindən sonra keçən vaxt ərzində Amerika iqtisadiyyatının həcminə görə iki dəfə artmasına baxmayaraq, maddi nemətlər az sayda insan arasında bölünüb.

Prezident Obama amerikalıları iqtisadi qeyri-bərabərlik məsələsinə kiçik problem kimi baxmamağa çağıraraq, deyib ki, Birləşmiş Ştatlarda imkanların bölüşdürülməsində uçurum təkcə sinif deyil, irqlərə də şamil olunur. O, artmaq imkanlarının olmamasını dövrün ən böyük sınaqlarından biri adlandıraraq, Vaşinqtonda bu gün gedən debatların ölkənin gələcəyinə birbaşa təsir göstərəcəyini əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG