Accessibility links

Barak Obama: Anlaşma İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq


Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federica Mogerini və İranın xarici işlər naziri Cavad Zərifin dünya qüdrətlərinin İranla nüvə proqramını məhdudlaşdırmaq müqabilində iqtisadi sanksiyaların yüngülləşdiriləcəyi ilə bağlı razılıq əldə edildiyini bəyan etməsindən dərhal sonra Birləşmiş Ştatlar prezidenti Barak Obama açıqlama verib.

"Bu gün ABŞ və beynəlxalq ictimaiyyətlə iki il sürən danışıqlardan sonra on illərlə düşmənçiliyin əldə edə bilmədiyi şeyə nail olub: İranla əldə olunan hərtərəfli razılıq onun nüvə silahı əldə etməsinin qarşısını alacaq," deyə ABŞ prezidenti Ağ Evin həyətində vitse-prezident Co Baydenlə birgə dayanaraq bəyanat verib.

Bu razılaşma etimada yox, təftişə əsaslanır.

Cənab Obama deyib ki, əldə edilən razılıq Amerika diplomatiyasının real və dərin dəyişikliklər etməyə qadir olduğunu göstərir.

"İranla bağlanan hərtərəfli və uzunmüddətli razılaşma bu ölkənin nüvə silahı əldə etməsinə imkan verməyəcək,"- deyə cənab Obama bildirib. Barak Obama onu da əlavə edib ki, o, Konqresin bu razılığa qarşı çıxacaq hər hansı qərarına veto qoyacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG