Accessibility links

Obama nüvə razılaşması, məhbus mübadiləsi və yeni sanksiyalardan danışıb


ABŞ prezidenti Barak Obama ABŞ-la İran arasındakı son 24 saatlıq tarixi münasibətlər barədə danışaraq deyib ki, güclü Amerika diplomatiyası sayəsində nüvə razılaşması həyata keçirilib və İranda həbsdə olan 5 amerikalı azadlığa buraxılıb.

Hər iki ölkə məhbus mübadiləsini dünən elan edib.

Bundan dərhal sonra Vaşinqton təsdiq edib ki, sanksiyalar nəticəsində İranın dondurulan milyardlarla dolları "İyul - 2015 nüvə sazişi"nin tam tətbiqindən sonra sərbəst buraxılacaq.

"Hazırda İranın hətta bir bomba istehsal etmək üçün belə yetərli materialı yoxdur" - deyə Obama bildirib.

Bax: Barak Obama nüvə razılaşması, məhbus mübadiləsi və yeni sanksiyalardan danışıb

Prezident Obama ABŞ Maliyyə Nazirliyinin bu gün Tehranın ballistik raket proqramı ilə əlaqəsi olan 5 iranlı fərdə və bir neçə şirkətə qarşı yeni sanksiyaların tətbiqini etiraf edib.

"Nüvə razılaşması heç zaman İranla aramızdakı fikir ayrılıqlarının tam aradan qaldırılması anlamı daşımayıb" - deyə prezident bildirib.

"Biz bu sanksiyaların tətbiqini davam etdirəcəyik. Biz bu məsələdə həssasıq" - deyə prezident Barak Obama qətiyyətlə bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG