Accessibility links

Obama İrana qarşı hərbi gücdən istifadəni istisna etmir



Diplomatik səylər nəticəsində İranı nüvə silahı istehsalından çəkindirmək mümkün olmadığı halda, İrana qarşı hərbi gücdən istifadə edilə bilər. Belə bir variantın qüvvədə qalması haqda ABŞ prezidenti Barak Obama gələn həftə Yaxın Şərqə səfərindən öncə İsrail teleziyasına müsahibəsi zamanı danışıb.

Cənab Obama son bir neçə il müzakirələr zamanı məsələsini diplomatik yolla həllinə üstünlük verildiyini və problemin uzunmüddətli həllinə bu şəkildə nail oluna biləcəyini deyib. Lakin o bildirib ki, diplomatik səylər nəticə vermədiyi halda bütün variantlar masa üzərində qalır.

ABŞ prezidentinin İsrail televiziyasına müsahibəsi onun Yaxın Şərqə səfərindən altı gün öncə yayımlanıb. Müsahibə zamanı cənab Obama İranın bir il və ya bundan daha artıq bir müddət ərzində nüvə silahı istehsalına yaxınlaşa biləcəyinə inandığını və ABŞ-ın buna imkan verməmək üçün bütün variantlardan istifadə edəcəyini deyib.

İranın nüvə ambisiyalarının prezident Obama və İsrailin Baş naziri Benyamin Netanyahu arasında danışıqların diqqət mərkəzində olacağı gözlənilir. Keçən il sentyabr ayında BMT-də çıxışı zamanı cənab Netanyahu İranın bu il yaz və yay aylarında nüvə silahı istehsalına yaxınlaşağını bildirmişdi.

Fevral ayında dünyanın qüdrətli dövlətləri və İran Qazaxıstanda nüvə proqramı ətrafında danışıqlar aparıb və bu yaxınlarda müzakirələrin növbəti raundunu keçirməyə hazırlıqlar gedir.

Prezident Obama müsahibə zamanı Birləşmiş Ştatlar və beynəlxalq müttəfiqlərin İrana qarşı tətbiq etdiyi sanksiyaların böyük təsiri olduğunu deyib və əlavə edib ki, sanksiyalar İran rəhbərliyini nüvə silahı istehsalına yaxınlaşmazdan əvvəl iki dəfə fikirləşməyə vadar edir. “Birləşmiş Ştatların kifayət qədər potensialı var və bizim vəzifəmiz İranın İsrailə təhlükə yaradıb, regionda silah yarışına gətirib çıxaracaq nüvə silahına malik olmasına imkan verməməkdən ibarətdir”-deyə cənab Obama İsrail televiziyasına müsahibə zamanı bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG