Accessibility links

Obama: ABŞ İranla nüvə danışıqlarına hazırdır, amma Tehran narahatlıqları ünvanlamalıdır


Obama
Obama
Prezident Barak Obama Amerika Birləşmis Ştatlarının Iranla mubahisəli nüvə proqramı ətrafında yeni danısıqlara hazır olduğunu deyib.

Lakin bazar ertəsi günü PBS tele-şirkətinin yayımladığı müsahibədə cənab Obama deyib ki, İran beynəlxalq sanksiyaların nüvə silahı istehsalı etdiyi ilə bağlı narahatlıqlar aradan qaldırmayana qədər davam edəcəyini anlamalıdır. İran nüvə proqramının deinc xarakter daşıdığına israr edir.

Cənab Obama həmçinin vurğulayıb ki, prezident seckilərində mötədil din xadimi olan Həsən Ruhaninin seçilməsi İran xalqının yeni istiqamətdə hərəkət etmək və beynəlxalq ictimaiyyətlə daha pozitiv bir şəkildə əlaqələr yaratmaq istədiyini nümayiş etdirir.

Bazar ertəsi cənab Obama onun və rusiyalı həmkarı Vladimr Putinin Ruhaninin nüvə danısıqlarında inkisaf əldə edilməsinə çalışacağı ilə bağlı ehtiyatla da olsa, nikbinliklərini ifadə etdiklərini deyib.

Bazar ertəsi mətbuat konfransında danışan cənab Ruhani qeyd edib ki, İran onun nüvə proqramının beynəlxalq standartlara cavab verdiyini sübut etmək istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG