Accessibility links

Obama: İŞİD-ə qarşı mübarizə asan olmayacaq və vaxt tələb edəcək


Obama: İŞİD-ə qarşı mübarizə asan olmayacaq
please wait

No media source currently available

0:00 0:02:22 0:00

Prezident Barak Obama bildirib ki, İslam Dövləti qrupuna qarşı mübarizə asan olmayacaq və vaxt tələb edəcək. O, BMT-nin Baş Assambleyasının sessiyası çərçivəsində İŞİD və zorakı ekstremizmə qarşı sammitdə məruzəsində dünya liderlərini ekstremizmin yayılmasının başlıca səbəblərinə diqqət yetirməyə çağırıb.

Birləşmiş Ştatların başçılığı ilə koalisiyanın İslam Dövləti qrupunun hədəflərinə qarşı hava hücumları keçirdiyi fonda prezident Obama BMT-də militant qrupa qarşı uzunmüddətli kampaniyada uğurlar və müvəffəqiyyətsizlikləri qeyd edib.

O bildirib ki, İŞİD kimi tanınan İslam Dövləti qrupu zəif idarəçilik, vətəndaş müharibəsi və məzhəb qarşıdurmalarının mövcud olduğu yerlərdə kök salır.

“Bu yerlərdə yaranmış boşluğun nəticəsi olaraq, İŞİD kök sala bilib. Onlar özlərini güclü göstərə bilib və sosial mediada effektiv ola biliblər.”

Preizdent Obama Suriyada ekstremist qrupa qarşı mübarizə aparmaq üçün siyasi keçid prosesinin Suriya prezidenti Bəşar Əl-Əsəd olmadan baş verməli olduğu haqda çağırışını təkrar edib.

“Suriyada dünən dediyim kimi, İŞİD-i məğlub etmək üçün mən inanıram ki, terrorçu qruplara qarşı mübarizədə Suriya xalqını birləşdirəcək yeni liderin və hamının təmsil olduğu hökumətin olması şərtdir.”

Prezident Obama Birləşmiş Ştatların siyasi keçidi təmin etmək və İslam Dövləti qrupunu məğlub etmək üçün İran və Rusiya kimi ölkələrlə işi davam etdirmək istədiyini bir daha söyləyib.

Təhlilçi David Qarneşteyn-Ross vəziyyətin çox mürəkkəb olduğunu deyir.

“ABŞ hava hücumları kampaniyasına başçılıq edir. Quruda kampaniyanı İran həyata keçirir və Birləşmiş Ştatlarla bunu əlaqələndirmir. İndi də Suriyada Əsəd rejimini dəstəkləmək üçün səylərə Rusiya başçılıq edir. Bu da ABŞ-ın məqsədlərinə daxil deyil. Burada bir neçə oyunçunu görürsünüz və bu da çox təhlükəli vəziyyətin yaranmasına gətirib çıxarır.”

Prezident Obama İŞİD və Zorakı Ekstremizmə qarşı Liderlərin Sammitində məruzəsini müsəlman icmaları ilə etibara və insanların radikallaşmasının qarşısının alınması üçün əməkdaşlığa əsaslanan həqiqi tərəfdaşlığa çağırıb.

XS
SM
MD
LG