Accessibility links

Obama İslam Dövləti qrupuna qarşı hərbi hücum planını açıqlamağa hazırlaşır


ABŞ prezidenti Barak Obama Amerikanın Yaxın Şərqdə İslam Dövləti qrupuna qarşı genişləndirilmiş hərbi planlarını açıqlamağa hazırlaşır.

Cənab Obama bu gün axşam Amerika xalqına müraciətdə ekstremist qrupun ABŞ-ın milli təhlükəsizliyii üçün yaratdığı təhlükələrdən və bu hədələrə qarşı mübarizə strategiyasından danışacaq. ABŞ-ın İraq və Suriyada yaraqlıların istinadgahlarına qarşı hava hücumlarını genişləndiricəyi gözlənilir.

Prezident Obama ABŞ hökumətinin yüksək səviyyəli rəsmilərilə görüş zamanı hərbi əməliyyatların genişləndirilməsi haqda Konqresin təsdiqi olmadan da sərəncam verə biləcəyini deyib, lakin Ağ Evdə Konqresin ən nüfuzlu dörd qanunvericisi ilə danışıqlar zamanı əlavə edib ki, militantlara qarşı mübarizədə ölkənin bir olduğunu nümayiş etdirmək üçün səsvermənin keçirilməsini istəyərdi.

Ağ Evin rəsmisinin bildirdiyinə görə, prezidentin planında ABŞ-ın İŞİD-ə qarşı mübarizə aparan qüvvələrə dəstəyi artırılması nəzərdə tutulur. Buraya həm Suriya müxalifəti, həm də İraqın yeni hökumətinə dəstək daxildir. Rəsmilər prezident Obamanın ABŞ hərbi qüvvələrini yenidən İraqa göndərilməsini istisna etdiyini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG