Accessibility links

Obama: İranın İsrail dövlətini tanıması məsələsi nüvə razılaşmasına daxil deyil


ABŞ prezidenti Barak Obama İsrailin İranla nüvə proqramına dair razılıqla bağlı çağırışını qəbul etməyib. İsrail yekun razılığa İranın İsrailin mövcudluğunu aydın və birmənalı şəkildə qəbul etdiyinə dair təəhhüdlərin daxil edilməsinə çağırır.

İsrail baş naziri Benyamin Netanyahu bu çağırışı keçən həftənin cümə günü edərək, İran və dünyanın altı qüdrətli dövlətinin əldə etdiyi razılaşmanı kəskin tənqid edib.

Prezident Obama məsələ ilə bağlı fikirlərini ABŞ-ın ictimai radio şirkəti olan NPR xəbər agentliyinə müsahibəsi zamanı bildirib. O deyib ki, razılaşmanın məqsədi İranın nüvə silahı inkişaf etməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, belə bir şərtin qoyulması "İranda siyasi rejim dəyişməyinə qədər heç bir razılaşma imzalanmayacaq" deməyə bərabər ola bilər.

İsrail keçən həftə İsveçrədə əldə olunmuş razılaşmanın ölkəsinə təhlükə törədəcəyini iddia edir. Cənab Netanyahu bildirib ki, o, Tehranın bomba istehsal etməsinə icazə verilməməsi üçün ABŞ qanunvericilərinə təzyiq göstərəcək.

XS
SM
MD
LG