Accessibility links

Obama: "Kinq çıxışı ilə milyonlarla insana gizli arzularını səsləndirmək imkanı verdi"


ABŞ-ın ilk Afrika mənşəli prezidenti Barak Obama Birləşmiş Ştatlarda vətəndaş hüquqları müdafiəçilərinə qoşularaq, paytaxt Vaşinqtonda 1963-cü ildə tarixi yürüşün 50 illiyi münasibətilə tədbirdə iştirak edib.

Cənab Obama 50 il bundan əvvəl Martin Lüter Kinqin məşhur “Mənim bir arzum var” çıxışını etdiyi yerdə dayanaraq nitq söyləyib.

Prezident Obama müxtəlif irqləri və mədəniyyətləri təmsil edən amerikalılara deyib ki, Martin Lürter Kinq öz tarixi çıxışı ilə milyonlarla insanın ürəyində gizlətdiyi arzunu səsləndirmək imkanı verib. O, 50 il bundan əvvəl yürüşdə adi insanların adları tarixə düşməsə belə dəyişiklik etmək üçün birgə dayanmasına yüksək qiymət verib.

ABŞ-ın keşmiş prezidentləri Cimmi Karter və Bill Klinton da Vaşinqtonda Linkoln memorialı qarşısında keçirilən tədbirdə nitq söyləyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG