Accessibility links

Obama: ABŞ və Kuba arasında demokratiya və insan hüquqları ilə bağlı ciddi fikir ayırlıqları qalır


ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlar və Kuba arasında əlaqələrdə irəliləyiş əldə olunmasını vurğulamasına baxmayaraq, iki ölkə arasında demokratiya və insan haqları məsələlərində ciddi fikir ayrılıqlarının qaldığını etiraf edib.

O, bu açqlamanı Kuba prezidenti Raul Kastro ilə Havanada görüşdən sonra mətbuat konfransı zamanı verib. Həm Obama, həm Kastro Havanada iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində inkişafa nail olmaq məqsədliə keçirilən danışıqların "açıq və səmimi şəraitdə" keçdiyini qeyd edib.

Kuba prezidenti Raul Kastro Obamanı Havananın İnqilab Sarayında qəbul edir.
Kuba prezidenti Raul Kastro Obamanı Havananın İnqilab Sarayında qəbul edir.

Mətbuat konfransında Kastro ticarət və səfərlərə qadağaların Vaşinqton tərəfindən yüngülləşdiyini alqışlayaraq, 55 ildir davam edən iqtisadi emboarqonun aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Kastro həmçinin ABŞ-ın Quantanamoda hərbi dəniz qüvvələrinin bazası kimi istifadə etdiyi ərazinin geri qaytarılmasına çağırıb.

ABŞ və Kuba prezidentləri arasında danışıqlar İnqilab Sarayında keçirilib. Obama son 90 ildə Kubanı ziyarət edən ilk ABŞ prezidenti olaraq tarixə düşüb.

Bazar günü insanlar Obamanı salamlamaq üçün Havana küçələrinə axışıb.

ABŞ prezidenitinin Kubada hökumət liderləri ilə yanaşı, sahibkarlar, vətəndaş cəmiyyəti üzvləri, gənclər və dissidentlərlə görüşü planlaşdırılıb. Ağ Ev Kuba hökumətinin bundan razı olmadığını bildirib.

Respublikaçı prezidentliyə namizədlər Barak Obamanın Kubaya səfərini tənqid ediblər. Onarın sırasında Kuba mənşəli Ted Kruz Kubada kommunizm bərqərar olduqca Prezident Obamanın oraya getməsinin düzgün olmadığını bildirib. Donald Tramp isə Tvitterdə Kuba liderlərinin Obamaya lazımi ehtiram göstərmədiklərini qeyd edib

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG