Accessibility links

Barak Obama Kubaya gedəcək


Barak Obama gələn ay Kuba ilə münasibətlərin normallaşması istiqamətində atılan daha bir addım kimi o ölkəyə səfər edəcəyini bəyan edib.

ABŞ prezidentinin bu qərarı hakimiyyətdən getmədən öncə bu nailiyyəti miras qoymaq kimi qiymətləndirilir.

O, mart ayında Kubaya səfər edəcəyini Twitter hesabında təsdiq edib.

Obamanın 2014-cü ilin dekabr ayında Soyuq Müharibə dövrünün düşməni olan Kuba ilə diplomatik əlaqələrin bərpasına dair açıqlamasından sonra ölkələrin paytaxtlarında səfirliklər fəaliyyətə başlayıb.

Amerika Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb.

Son 50 ildə ilk dəfə olaraq ABŞ və Kuba arasında sərnişin təyyarələrinin uçuşları bərpa edilir.

Kuba prezidenti Raul Kastro ilə ABŞ dövlət başçısı arasında iki dəfə görüş keçirilib. Ölkə başçıları mütəmadi şəkildə müzakirələr keçirir.

Son 50 ildə ilk dəfə olaraq ABŞ və Kuba arasında sərnişin təyyarələrinin uçuşları bərpa edilir.

Amerika ilə Kuba arasında mülki aviasiya razılığına əsasən gündə 110 uçuş baş tutmalıdır.

Bu addım Kuba ilə ABŞ arasında səyahət və ticarətin normallaşdırılması istiqəmətində atılır.

Fevral ayının 16-dan etibarən gündə 15 yük və sərnişin təyyarələrinin uçuşlarına start verilib.

Çarter reysləri dəyişməz qalacaq.

Hazırkı qanunlar turizmi yasaqlasa da, Amerika hökuməti yaxın zamanda insanlar arasında təmasların yaradılacağını bildirib.

Kuba azad olmayınca mənim oraya səfərim mümkün olmayacaq.
Marko Rubio

Lakin Obamanın nailiyyətləri məhdudiyyətsiz deyil. Belə ki, Kubaya qarşı iqtisadi sanksiyaların ləğvinə yalnız Konqres qərar verə bilər. Ticarət embarqosunu dəstəkləyənlərin sayı azalsa da, hər iki partiya sanksiyaların yüngülləşdirilməsinin bu repressiv ölkəyə mükafat olacağını deyir.

Obama isə embarqonu yararsız siyasət adlandıraraq, bunun Kubaya yalnız iqtisadi ziyan deyil, demokratik islahatlara da maneə olduğunu bildirib.

Kubanın bəzi siyasi məhbusları azad etməsinə baxmayaraq, ölkədə insan haqları durumu qənaətbəxş hesab edilmir.

Ted Kruz və Marko Rubio Kuba mənşəli amerikalılardır.
Ted Kruz və Marko Rubio Kuba mənşəli amerikalılardır.

ABŞ prezidentliyinə Respublikaçı iddialılar Marko Rubio və Ted Kruz prezidentin Kubaya səfər etmək qərarını pisləyib.

Cənubi Karolinada çıxış edən namizədlərin hər ikisinin də əsli kubalıdır. Lakin onlar bu kommunist ölkəsinə səfər etməyəcəklərini deyib.

"Kuba azad olmayınca bu, mümkün olmayacaq," deyə valideynlərinin 1950-ci illərdə Fidel Kastronun hakaimiyyətə gəlməsindən sonra ABŞ-a mühacirət edən Rubio bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ-da prezident seçkiləri günüdür
please wait

No media source currently available

0:00 0:14:10 0:00
XS
SM
MD
LG