Accessibility links

Barak Obama: Malidə 27 nəfərin ölümünə səbəb olan qatillər ələ keçiriləcək


ABŞ prezidenti Malinin paytaxtında həyata keçirilən terror hücumunu qınayaraq, 27 nəfərin ölümünə səbəb olan qatillərin ələ keçiriləcəyinə vəd verib.

Regional liderlərin Malayziya sammitində çıxış edən Barak Obama Bamako hücumunun Amerikanın terrorla mübarizəsini daha da gücləndirəcəyini deyib.

“Parisdə terror aksiyaları digər yerlərdə terror hədəsinin artacağına dair dəhşətli bir xəbərdarlıqdır” –deyə ABŞ dövlət başçısı Kuala Lampurda keçirilən ASEAN ölkələrinin toplantısında bildirib.

O deyib ki, Amerika və onun müttəfiqləri vətəndaşlarının müdafiəsi üçün terrorizmi alovlandıran nifrət ideologiyasının kökünü kəsəcək.

Parisdə terror aksiyaları digər yerlərdə terror hədəsinin artacağına dair dəhşətli bir xəbərdarlıqdır

İslam ayələri səsləndirən 6 silahlının bu gün lüks mehmanxanaya girərək, girob götürdükləri 170 nəfərdən 27-nin öldürüldüyü, qalanlarının isə azad edildiyi bildirilir. Hücumun məsuliyyətini Əl-Qaidə ilə əlaqəsi olan cihadçı Əl-Murabitoun qrupu öz üzərinə götürüb.

Mali təhlükəsizlik qüvvələrinin girovları azad etmək üçün Radisson Blu mehmanxanasının hər mərtəbəsini axtardıqları deyilib. Təhlükəsizlik mənbələri Birləşmiş Ştatların xüsusi təyinatlı qüvvələrinin də əməliyyatda iştirak etdiyini bildirib.

Bundan əvvəl girovlardan 20 nəfərinin azad edildiyini və onlardan bəzilərinin təcili yardımla xəstəxanaya aparıldığını bildirilmışdı. İlkin məlumatlarda silahlıların Qurani-Kərimdən ayələr bilən girovları azad etdiyi deyilmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG