Accessibility links

Obama "Qlobal Maqnitski qanunu" haqda Konqresin qərarını təsdiq edib


Prezident Barak Obama 2017-ci il üçün il üçün milli müdafiə sahəsində büdcəyə dair qanun layihəsinə imza atıb. NDAA adlı sənədin bir hissəsində "Maqnitski qanunu"nun təkcə Rusiya deyil, beynəlxalq insan haqlarının pozulduğu başqa ölkələrə şamil edilməsi nəzərdə tutulur.

"Maqnitski qanunu" tərtib edilən zaman onun korrupsiyaya əleyhinə mübarizə aparan hüquqşünas Sergey Maqnitskinin ölümünə görə məsuliyyət daşıyanlara qarşı tətbiq edilməsi nəzərdə tutulurdu. Lakin hazırda "Qlobal Maqnitski qanunu" ilə dünyanın hər hansı ölkəsində korrupsiyalaşmış məmurlar və insan hüquqlarını pozanlar bunun nəticələri ilə qarşılaşacaq. Bu şəxslərin Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulacaq və onların Amerikanın maliyyə təsisatlarına çıxışı olmayacaq.

"Maqnitski qanunu"nun qəbul edilməsi senatorlar Bencamin Kardin və Con Makkeyn, eləcə də konqresmenlər Kris Smit və Cim Makqovernin təşəbbüsü nəticəsində mümkün olub. Sənədə həm respublikaçı, həm də demokrat qanunvericilər dəstək verib.

XS
SM
MD
LG