Accessibility links

ABŞ prezidenti Viyetnam müharibəsinin iki veteranını göstərdikləri qəhrəmanlığa görə şərəf medalı ilə təltif edib


ABŞ prezidenti Viyetnam müharibəsinin iki veteranını göstərdikləri qəhrəmanlığa görə şərəf medalı ilə təltif edib.

Prezident Obama ölkənin ən yüksək hərbi mükafatını təqaüddə olan ordu komandanlığının çavuşu Benni Adkins və mərhum ordu mütəxəssisi Donald Sloata verib.

Konqress iki veteranın medalla təltif edilməsi üçün güzəştə getməli olub. Qanuna əsasən medal qəhrəmanlıq göstəriləndən sonra keçən iki il ərzində verilməlidir.

Adkins yaralı əsgər yoldaşını döyüş xəttində xilas etdiyinə görə bu mükafata layiq görülüb.

Sloat isə 1970-ci ildə əsgər yoldaşlarını xilas etmək üçün öz bədəni ilə qumbaranı örtən zaman həlak olmuşdu. Mükafat onun adından qardaşına təqdim edilib.

XS
SM
MD
LG