Accessibility links

Obama və Netanyahu İran məsələsini müzakirə edib



ABŞ prezidenti Barak Obama bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüş keçirib. İran iki lider arasında danışıqların diqqət mərkəzində olub. Netanyahu İranın nüvə proqramını dayandırmalı olduğunu və Qərblə müzakirələr gedən zaman ciddi sanksiyalarla qarşılaşmalıdır.

Cənab Netanyahu bu açıqlamaları prezident Obama ilə görüşdən sonra verib. Cənab Obama dünya qüdrətlərinin İranla müzakirələri “gözü açıq” şəkildə apardığını və danışıqlarla bağlı İsrailin məlumatlandırılacağını deyib.


İsrailin Baş naziri ABŞ-a prezident Obama və İran prezidenti Həsən Ruhani arasında keçən həftənin cümə günü 15 dəqiqə sürən telefon söhbətindən sonra səfər edib. ABŞ və İranın dövlət başçıları arasında son 35 ildə ilk təmas İranla Qərb arasındaon ildir sürən nüvə mübahisəsinin həll ola biləcəyi ilə bağlı ümidlərin yaranmasına səbəb olub.

İran nüvə proqramının dinc xarakter daşıdığını bildirir. ABŞ və bir çox müttəfiq ölkələr bununla razılaşmayaraq, Tehrana qarşı ölkə iqtisadiyyatının zəifləməsinə gətirib çıxaran sanksiyalar tətbiq edib.

Cənab Netanyahu İranla beynəlxalq ictimaiyyət arasında gərginliyin azalmasına görə dərin narahatlığını ifadə edərək, Tehranın danışıqlardan sanksiyaların zəiflədilməsi və nüvə silahları istehsal etmək üçün vaxt qazanması məqsədilə istifadə etdiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG