Accessibility links

Netflix Obama cütlüyü haqqında televiziya serialı çəkə bilər


New York Times qəzetinin verdiyi məlumata görə, Barak Obama və Netflix sabiq prezident və onun həyat yoldaşı Mişel Obama haqqında eksluziv televiziya serialı hazırlanması üçün danışıqlar aparırlar.

Bu xəbərin yayılması ilə Netflix şirkətinin səhmlərinin dəyəri tarixində ən yüksək rəqəmə, 316.74 dollara çatıb.

Netflix məlumata şərh verməyib. Obamanın sözçüsü Keyti Hill də xəbərlər bağlı şərh verməkdən imtina edib.

Obamanın müşaviri Erik Şultz Associated Press agentliyi vasitəsilə yaydığı bəyanatda Obama ailəsinin hekayələrin insanları ilhamlandıra bilmək gücünə inandıqlarını bildirdi.

Şultz deyib ki, cütlük öz hekayələrini digərlərilə paylaşmaq yollarını axtarmağa davam edirlər.

New York Times qəzeti yazıb ki, Obama Netflix layihəsini prezident Donald Trampa və ya konservativ tənqidçilərə cavab vermək üçün istifadə etmək niyyətində deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG