Accessibility links

Prezident Obama Seulda nüvə sammitində iştirak etmək üçün Cənubi Koreyaya yola düşüb


Барак Обама
Барак Обама

ABŞ prezidenti Barak Obama gələn həftə nüvə təhlükəsizliyinə dair sammitdə iştirak etmək üçün Cənubi Koreyaya yola düşüb. Prezident Obamanın təyyarəsi şənbə günü səhər hərbi hava qüvvələrinin aeroportundan havaya qalxıb.

Cənubi Koreya paytaxtı Seulda keçiriləcək zirvə toplantısında dünyanın 50 ölkəsinin dövlət başçısı iştirak edəcək.

Ağ Evin verdiyi məlumata görə, cənab Obama sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək. ABŞ prezidentinin Qazaxıstan, Rusiya, Çin, Cənubi Koreya və Türkiyə liderləri ilə görüşləri nəzərdə tutulub. Cənab Obama bazar günü Seula yetişəndən bir neçə saat sonra Şimali və Cənubi Koreyanı ayıran demilitarizasiya zonasına səfər etməyi plalaşdırır.

Seul sammiti Şimali Koreyanın nüvə tərksilahı istiqamətində addımların dayandırılacağını elan etdiyi bir şəraitdə keçirilir.

Şimali Koreya gələn ay uzun mənzilli raketi sınaqdan keçirməyi planlaşdırır. Birləşmiş Ştatlar raket sınağının Şimali Koreya ilə uzun mənzilli raket proqramının dayandırılması müqabilində ərzaq yardımına dair razılaşmanın ləğv edilməsi demək olduğunu bildirib.

XS
SM
MD
LG