Accessibility links

Barak Obama Pakistanda yardım işçilərinin qətlinə görə şəxsən üzr istəyib


Ağ Evin bildirdiyinə görə, Əfqanıstanla Pakistan arasındakı sərhəd bölgədə ABŞ-ın əks-terrorizm əməliyyatı zamanı Əl-Qaidə tərəfindən ələ keçirilən iki girov təsadüfən öldürülüb.

ABŞ prezidenti bir amerikalı yardım işçisi və bir italyanın qətlinə görə şəxsən üzr istəyib.

Barak Obama Pakistanda çalışan Uorren Ueynşteyn və Covanni Lo Portonun ölümünə görə dərin kədər hissi keçirildiyi bildirib.

Uorren Ueynşteyn
Uorren Ueynşteyn

73 yaşlı Ueynşteyn Amerikanın Beynəlxalq İnkişaf Agentliyi, Lo Porto isə Almaniyanın Welthungerhilfe yardım təşkilatına çalışırdı.

Obama deyib ki, həmin vaxt əldə edilən kəşfiyyat məlumatlarına görə, hücum edilən bölgədə mülki vətəndaşlar olmamalı idi.

Əməliyyat zamanı ABŞ vətəndaşı, Əl-Qaidə lideri Əhməd Faruq da öldürülüb.

Adam Qadan
Adam Qadan

Digər bir əməliyyat nəticəsində isə terror şəbəkəsinin sözçüsü Adam Qadan qətlə yetirilib.

Başqa bir ABŞ rəsmisi girovların dron hücumu zamanı öldürüldüyünü deyib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG