Accessibility links

Obama yüksək rütbəli ordu və milli təhlükəsizlik nümayəndələri ilə görüş keçirəcək


Amerikanın Liviyada hərbi rolunu dayandırdığmağa hazırlaşdığı bir vaxt prezident Obama yüksək rütbəli ordu və milli təhlükəsizlik nümayəndələri ilə görüş keçirəcək.

ABŞ prezidenti Pentaqonda Milli Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirələr keçirməlidir.

Amerika son günlər terrorçuların istehkamı olan Sirte şəhərinə qarşı hava hücumlarını intenisivləşdiriməklə BMT-nin dəstəklədiyi Dövlət Milli Akorduna (GNA) yardım edir.

Pentagon sözçüsü Ceff Davis müxbirlərə bildirib ki, finiş xətti görünməkdədir.

Livia lideri Müəmmar Qəzzafinin devrilməsindən sonra Liviya İraq və Suriyada olan terrorçuların sığınacağına çevrilib.

Finiş xətti görünməkdədir

ABŞ dövlət başçısı Milli Təhlükəsizlik Şurası ilə adətən Ağ Evdə görüşür. Görüşlər ara-sıra Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat Agentliyində təşkil edilir.

Pentaqon görüşü zamanı Obama administrasiyasının İŞİD-ə qarşı mübarizədə yeni planlarını açıqlayacaq.

XS
SM
MD
LG