Accessibility links

Obama Suriyada vəziyyəti müzakirə etmək üçün Putinə zəng edib


Liderlər Suriyada zorakılıqlara son qoymağa çağırıb, lakin razılıq əldə etməyib

ABŞ prezidenti Barak Obama Suriyada vəziyyəti müzkirə etmək üçün çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Ağ Evin verdiyi açıqlamada deyilir ki, dövlət başçıları Suriyada zorakılıqlar səviyyəsinin artdığını qeyd etmiş və ən tez bir zamanda zorakılıqlara son qoyulması və vəziyyətin daha da gərginləşməsinə yol verilməməsi kimi birgə marağa nail olmaq üçün siyasi keçid prosesinə dəstəyin vacibliyni vurğulamışlar. Ağ ev bildirir ki, cənab Obama və cənab Putin telefon söhbəti zamanı ABŞ və Rusiyanın Suriya ilə bağlı fikir ayılıqlarına malik olduğunu qeyd etsələr də, komandalarının böhranın həllinin tapılması istiqamətində işin davam etdirilməsinə dair razılıq əldə ediblər.

Prezident Obama və prezident Putin arasında telefon söhbəti Dəməşqdə yüksək səviyyəli Suriya rəsmilərinin intiharçı bomba hücumu nəticəsində qətlə yetirilməsindən sonra Suriya hökumət qüvvələri və üsyançılar arasında şiddətli döyüşlərin getdiyi zaman baş verib. Ağ Evin sözçüsü Cey Karni bildirib ki, Suriyada müdafiə naziri və prezident Bəşar Əl-Əsədin yaxın müttəfiqlərinin qətlə yetirilməsi rejimin hakimiyyətdən getməsinə qədər vəziyyətin daha da pisləşdiyini göstərir.

Çərşənbə günü ABŞ Müdafiə naziri Leon Panetta da Dəməşqdə yüksək səviyyəli rəsmilrin qətlinin Suriyada vəziyyətin nəzarətdən çıxdığını göstərdiyini bildirmişdi.

Ağ Evin sözçüsü Suriyada yüksək səviyyəli rəsmilərə qarşı hücumdan istifadə edərək, administrasiyanın Əsəd hakimiyyətdən getməyənə qədər vəziyyətin daha da pisləşəcəyinə dair mövqeyini ifadə etməyə çalışıb.

ABŞ və digər Qərb ölkələrinin BMT Təhlükəsizlik Şurasında Suriya qarşı ciddi ölçülərin götürülməsinin qarşısını alan Rusiya və Çinə göndərdiyi mesaj bundan ibarətdir.

BMT-in xüsusi nümayəndəsi Kofi Annan çərşənbə günü BMT qətnaməsinin səsə qoyulmasını təxirə salaraq, Rusiyanın mövqeyinin dəyişə biləcəyini düşündüyünü demişdi.

BMT Təhlükəsizlik Şurası cümə axşamı Suriya prezidenti Bəşar Əl-Əsədə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməni Rusiya və Çinin etirazlarına görə qəbul etməyə nail ola bilməmişdir.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG