Accessibility links

Barak Obama Vladimir Putinin iddialarını rədd edib, İrana xəbərdarlıq verib


Barak Obama İran prezidenti Həsən Ruhani ilə də Suriyadakı vəziyyətlə bağlı məktublaşdıqlarını bildirib.

ABŞ dövlət başçısı bildirib ki, İranın nüvə proqramı ilə bağlı narahatlıqlar Suriya kimyəvi silahları ilə bağlı narahatlıqlardan daha böyükdür.

ABC News-a müsahibəsi zamanı Obama deyib ki, İranın İsrailə qarşı təhlükəsi bizim maraqlarımıza ziddir və bu, regionda silah yarışını artırmaqla yanaşı sabitliyə təhlükədir.

ABŞ prezidenti Barak Obama Rusiyanın dövlət başçısı Vladimir Putinin ötən ay Suriyada kimyəvi silahlardan müxalif qüvvələrin istifadə etməsinə dair iddialarını rədd edib. Lakin o, Suriya münaqişəsinin həllində Rusiyanın rolunu yüksək qiymətləndirib.

Prezident deyib ki, hər bir razılıq Suriyanın kimyəvi silahlardan əl çəkməsini təminat altına almalıdır.

ABŞ dövlət katibi Con Kerri xəbərdarlıq verib ki, Suriya razılığın şərtlərinə əməl etməsə, gücdən istifadə edilməsi realdır.

O, bu xəbərdarlığı Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə qonşu Suriya hadisələrini müzakirə etdikdən sonra verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG