Accessibility links

Respubikaçılar Obamaya Quantanamo məhbəsini bağlamamaq haqda xəbərdarlıq edib


ABŞ prezidenti Barak Obama yeddi il bundan əvvəl hakimiyyətə gəldiyi ilk günlərdə 2017-ci ildə ikinci dönəmi bitənə qədər Kubada ABŞ-ın Quantanamo hərbi bazasındakı həbsxananı bağlayacağına söz vermişdi. Lakin Konqres terrorçuluqda şübhəli bilinən məhbusların Birləşmiş Ştatlara gətirilməsinə icazə verilməməsinə dair layihəni təsdiq edərək, prezident Obamanın bu səylərinin qarşısını almağa çalışır.

Ağ Evin sözçüsü Coş Ernest brifinq zamanı prezident Obamanın birtərəfli qaydada Quantanamo bazasını bağlanması haqda sərəncam verib-verməyəcəyi ilə bağlı sualın cavabında Konqreslə iş aparıldığını deyib.

Lakin o bildirib ki, prezident Quantanamo bazasının bağlanması ilə bağlı heç bir variantı istisna etmir.

Prezidentin birtərəfli qaydada Quantanamo bazasını bağlaya bilməsi senator Con Makkeyn də daxil olmaqla bəzi respublikaçı qanunvericilər tərəfindən qəzəblə qarşılanıb.

Senator Makkeyn deyib ki, Konqres Obamanın icraedici hakimiyyətin başçısı kimi qanunvericilərin iradəsinin əleyhinə olaraq birtərəfli qaydada Quantanamo həbsxanasını bağlamasının qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG