Accessibility links

Obama Konqres liderləri ilə danışıqları təxirə salıb


ABŞ prezidenti Barak Obama Konqresdə demokrat və respublikaçı liderlərlə günortadan sonra planlaşdırılmış görüşü təxirə salaraq, hökumətin qismən bağlanması və borca görə defoltun qarşısının alınması məsələlərində inkişafa nail olmaq üçün ona əlavə vaxt lazım olduğunu bildirib.

Senatda demokrat əksəriyyətin lideri Herri Rid Konqres liderlərinin yaranmış vəziyyətdən çıxış yollarının axtarılması istiqamətində inkişaf əldə etdiklərini deyib. Herri Rid bu açıqlamaları Senatda respublikaçıların lideri Mitç Makkonnellə görüşdən sonra verib.

Senator Rid görüşdən sonra deyib ki, o, prezidentə təklifin təqdim ediləcəyinə ümid bəsləyir. Mitç Makkonnell razılığın yaxın zamanlarda əldə ediləcəyinə nikbinliklə baxdığını bildirib.

Hazırda hökumətin borc limitinin gələn ilə qədər artırılması, eyni zamanda, hökumətin yenidən açılması və büdcə müzakirələrinə başlanılmasını nəzərdə tutan qısa müddətli təkliflər nəzərdən keçirilir.

Büdcə limiti cümə axşamı gününə qədər artırılmaması Birləşmiş Ştatların öz borclarını ödəyə bilməyərək, defolta düşməsi deməkdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG