Accessibility links

ABŞ prezidenti Afrikada səfərdədir [Fotoqalereya]


ABŞ prezidenti Barak Obama ticarət, investisiya və ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı müzakirələr aparmaq üçün Afrikaya bir həftəlik rəsmi səfərinə Seneqaldan başlayıb.

Cənab Obama bu gün Seneqal prezidenti Maki Salla rəsmi şam ziyafəti zamanı görüşüb. O, regional məhkəmə rəhbərləri ilə qanunla bağlı müzakirələrdə iştirak edəcək.

Prezident ABŞ-Afrika əlaqələrinin yardıma deyil, ticarət və tərəfdaşlığa əsaslandığını bildirib.Seneqalda keçirdiyi mətbuat konfransı zamanı ABŞ dövlət başçısı deyib ki, Afrika qitəsinə səfərinin məqsədi inkişaf etməkdə olan bu regionla münasibətlərin genişləndirilməsidir.

ABŞ prezidenti Barak Obama bildirib ki, hökümətin məxfi nəzarət proqramının kəşfiyyat orqanlarının sabiq texniki işçisi tərəfindən açıqlanması bunu göstərir ki, Milli Təhlükəsizlik təşkilatınıda ciddi nəzarət boşluğu var.

ABŞ lideri Edvard Snoudeni casusluq ittihamlarına görə məhkəmə qarşısına çıxardmaq üçün onu geri göndərilməsində xarici hökümət nümayəndələri ilə heç bir sövdələşmə və ya anlaşma aparmaq niyyətinin olmadığını deyib.


Sabiq Cənubi Afrika Prezidenti Nelson Mandela
Sabiq Cənubi Afrika Prezidenti Nelson Mandela
Tanzaniya rəhbəri ilə görüş zamanı Cənubi Afrika azadlıq hərəkatının lideri Nelson Mandelanın durumu ilə bağlı fikir ifadə edən ABŞ prezidenti Mandelanı "dünya üçün qəhrəman" adlandırıb. Prezidentin sözlərinə görə Mandelanın qoyub getdiyi siyasi irs əsrlərlə yaşayacaq.

Prezident Obama Mandelanı özünün şəxsi qəhrəmanı hesab etdiyini və liderin ailəsi üçün dua etdiyini bildirib.

Barak Obama səfərinin son dayanacağı Tanzaniyadan əvvəl Cənubi Afrikaya gedəcək.
XS
SM
MD
LG