Accessibility links

Barak Obama silahlara nəzarət məqsədi ilə yeni ölçülər açıqlayıb


ABŞ prezidenti silah zorakılıqlarına nəzarət məqsədi ilə yeni ölçülər açıqlayıb. Barak Obama silah alıcılarının keçmişinin müəyyən edilməsi üçün “ağıllı texnologiya”lardan istifadə edilməsinin vacibliyini irəli sürüb.

Ağ Evin bu gün açıqladığı bəyanatda deyilir ki, Obamanın silahlara nəzarətlə bağlı təkliflərinin həyata tətbiqində ciddi nailiyyətlər əldə edilib.

ABŞ dövlət başçısı silahlar “səhv adamlar”ın əlinə keçməsin deyə daha ciddi yoxlanışlara cağırıb.

Hər il Amerikada 30 min adam silahların qurbanı olur. Bunlara məişət zəminində zorakılıqlar, intihar, mütəşəkkil cinayətkarlıq və qəzalar daxildir.

Barak Obama deyib ki, yanvar ayında irəli sürdüyü təkliflər silah zorakılığı problemini bir neçə aspektdə azalda bilər.

"Ağlabatan addımlar hər faciənin qarşısını almayacaq. Amma bir faciəyə mane olunsa necə? " - deyə Obama Facebook hesabında yazıb.

Mobil telefonları barmaq izi olmadan açmaq mümkün deyil. Nəyə görə bundan silahlarda istifadə edilməsin?

“Ağıllı silahlar” rəsmi icazəsi olmayanların silahlardan istifadəsini çətin və ya imkansız edə bilər.

Prezident deyib ki, mobil telefonları barmaq izi olmadan açmaq mümkün deyil. “Nəyə görə bundan silahlarda istifadə edilməsin?”-deyə Barak Obama sual edib.

“Ağıllı silahlar” məsələsi hazırda ABŞ-ın müdafiə və daxili təhlükəsizlik nazirlikləri tərəfindən nəzərdən keçirilir. Yeni qaydaların gələn 6 ay ərzində açıqlanacağı gözlənilir.

ABŞ dövlət başçısı 500 milyon dollarlıq əlavə vəsaitin psixiatrik müəssisələrə ayrılmasını təklif edib.

Barak Obama gələn ay yerli və ştat rəsmilərinin iştirakı ilə silahlara nəzarətlə bağlı konfrans keçirməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG