Accessibility links

Barak Obama Bəşar Əl-Əsədə ciddi xəbərdarlıq verib


ABŞ prezidenti Barak Obama Suriya prezidenti Bəşar Əl-Əsədə kimyəvi silahlardan istifadə edildiyi təqdirdə bunun nəticələri ilə üzləşəcəyi barədə ciddi xəbərdarlıq verib.

Vaşinqtonda danışan ABŞ dövlət başçısı Amerikanın kimyəvi, bioloji və nüvə silahlarının yayılmasına yol verməyəcəyini bir daha təkrar edib. Obama bunları ABŞ və Rusiyanın təhlükələrin aradan qaldırılması səylərinin 20-ci ildönümü Milli Müdafiə Universitetindəki çıxışı zamanı deyib.

ABŞ prezidenti bildirib ki, Amerika Suriya xalqının legitim tələblərinə dəstəyini, müxalifətlə dialoqu, ölkənin keçid prosesi və humanitar yardımlarını davam etdirəcək.

Barak Obama bildirib ki, dünya Suriyada baş verənləri diqqətlə Izləyir. “Kimyəvi silahlardan sitifadə edlməsi qəbuledilməzdir. Əgər faciəvi səhvə yol verilsə, nəticələri ilə üzləşəcək və bünün məsuliyyətini Əsəd və ona tabe olanlar daşıyacaq”.

ABŞ prezidenti XXI əsrin daha əvvəlki əsrin qorxunc silahları ilə təhlükəyə salınmasına yol verilməyəcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG