Accessibility links

Barak Obama: Diplomatiya alınmasa hərbi qüvvələr hazırdır


Konqresdən Suriyaya hücumla bağlı səsverməni müvəqqəti təxirə salmağı xahiş edən ABŞ prezidenti diplomatiyaya şans verməyə razı oldu

ABŞ prezidenti Barak Obama bildirib ki, o, son iki ildə Suriyaya hərbi müdaxilənin əleyhinə çıxıb, çünki o, Amerikanın başqasının vətəndaş müharibəsini hərbi müdaxilə ilə həll etməsini istəməyib. Lakin prezident Bəşar əl-Əsədin kimyəvi silahdan istifadə etməsi diktə edir ki, ABŞ bu dəhşətli silahlardan istifadəni cavabsız qoymasın.

Sentyabrın 10-da, çərşənbə axşamı Amerika xalqına müraciət edən cənab Obama 15 dəqiqəlik çıxışında Suriyanı bütün kimyəvi silah arsenalını təhvil verməyə çağırıb və əks halda həmin ölkənin ABŞ-ın hədəfli hücumları ilə üzləşəcəyini bəyan edib.

Prezident Obamanın sözlərinə görə avqustun 21-də Suriya prezidenti Bəşar Əl-Əsədin silahlı qüvvələri uşaqlar da daxil olmaqla 1400 insanı qazla boğub öldürəndən sonra vəziyyət dəyişib.

Sual budur ki, ABŞ və beynəlxalq ictimaiyyət bununla bağlı nə edəcək,çünki o insanların - o uşaqların başlarına gələnlər təkcə beynəlxalq qanunun pozulması deyil, həm də bizim təhlükəsizliyimizə hədədir.
"Sual budur ki, ABŞ və beynəlxalq ictimaiyyət bununla bağlı nə edəcək, çünki o insanların - o uşaqların başlarına gələnlər təkcə beynəlxalq qanunun pozulması deyil, həm də bizim təhlükəsizliyimizə hədədir," deyə prezident Obama bildirib.

Həmin anları "dəhşətli gecə" adlandıran prezident Obama deyib ki, dünya vahiməli detalları gördü və ona görə də, əksəriyyət kimyəvi silahlardan istifadənin qırmızı xətti keçmək olduğunu bəyan etdi. Onun sözlərinə görə, hücumun görüntüləri "ürəkbulandırıcıdır".

Barak Obama deyib ki, Suriyanın kimyəvi silahlardan istifadəsinə hərbi hücumla cavab verilməsi ABŞ-ın milli maraqları daxilindədir. O bildirib ki, belə bir hücum İraq və Əfqanıstandakı hərbi əməliyyatlara bənzəməyəcək və hətta Kosovoda və ya Liviyada həyata keçirilən hava zərbələri kimi qeyri-məhdud olmayacaq. Eyni zamanda prezident Obama ABŞ-ın həyata keçirdiyi hərbi ölçünün mənasız xarakter daşımayacağınl vurğulayıb. "ABŞ silahlı qüvvələri iynə batırmır," deyə o, bildirib.

ABŞ silahlı qüvvələri iynə batırmır.
O bildirib ki, heç kəs avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silahlardan istifadəni inkar etmir və şübhə yoxdur ki, prezident Bəşar Əl-Əsəd hökuməti buna görə məsuliyyət daşıyır.

"Əgər ABŞ addım atmasa, belə silahlardan yenidən istifadə edilə bilər və başqa tiranlar və terrorçular bu silahlara əl qoyar, həmçinin bu silahlardan mülki vətəndaşlara, eləcə də ABŞ əsgərlərinə qarşı istifadə edə bilər"- deyə ABŞ prezidenti Barak Obama bildirib.

Onun sözlərinə görə, əgər Suriyadakı hədəfləri vurmaq qərarına gələrsə, ABŞ-ın məqsədi Əsədin bu silahlardan yenidən istifadə qabiliyyətini zəiflətmək olacaq.
XS
SM
MD
LG