Accessibility links

Obama Konqres liderləri ilə Suriyada vəziyyəti müzakirə edib


ABŞ prezidenti Barak Obama Suriyaya qarşı hərbi hücumla bağlı Konqresin razılığını almaq səylərinin bir hissəsi olaraq Amerika qanunvericiləri ilə görüşüb.

Prezident Obama Konqres liderləri ilə Suriyanın kimyəvi silahlardan istifadə etməsi məsələsilə bağlı müzakirələrdən öncə açıqlama verib.

Cənab Obama deyib ki, o, Konqresdən Suriya prezidenti Bəşar Əl-Əsəd və beynəlxalq normaları imtahana çəkən hər hansı bir ölkəyə aydın mesaj verilməsini nəzərdə tutan məhdud hərbi cavabın verilməsinə razılıq almaq istəyir. O həmçinin bildirib ki, ABŞ Suriya müxalifətinin qabiliyyətinin artırılmasını nəzərdə tutan daha geniş strategiyaya malikdir.

ABŞ Dövlət katibi Con Kerri və Müdafiə naziri Çak Heygel, habelə ABŞ-ın Birgə Qərargahlar rəsiri Martin Dempsi Senatın Xarici Əlaqələr komitəsində Suriyaya məhdud hücumla bağlı ifadə verməyə hazırlaşır.

Ağ Ev bazar ertəsi günü axşam prezident Obama və Yaponiyanın Baş naziri Şinzo Abe arasında telefon söhbəti zamanı Suriyanın kimyəvi silahlardan istifadə etməsi ilə bağlı dərin narahatlıqların ifadə edildiyini bildirib.

BMT-nin Baş katibi Ban Ki Mun bu gün Suriyada vəziyyəti Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edəcək. Cənab Ban BMT-nin avqustun 21-də Dəməşqdə hücum zamanı mülki vətəndaşlardan test nümunələri götürmüş fakt-araşdırıcı missiyasının rəhbəri ilə görüşüb. Test nümunələri bazar ertəsi günü təhlil üçün laboratiyaya göndərilib. Hücum zamanı 1400 insan həyatını itirib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG