Accessibility links

ABŞ Suriya müxalifətinə kömək edəcək


ABŞ prezidenti Barak Obama Suriya müxalifətinə kimyəvi silahlardan müdafiəyə dair yardım edilməsi üçün əmr verib.

Ağ Ev bildirir ki, bazar ertəsi imzalanan sərancam kimyəvi silah hücumlarından qorunmaq üçün təlim və Suriya müxalifət qüvvələrinin başçıları üçün qoruyucu təchizat ilə təmin edəcək.

Sərancam BMT müfəttişlərinin keçən ay Dəməşk yaxınlığındakı hücum zamanı sarin qazından istifadə edildiyinə dair aydın və inandırıcı dəlillər olduğuna dair hesabat yaymasından bir saat sonra verilib.

Hesabat avqustun 21-də 1400 insanın ölümünə səbəb olan kimyəvi hücumun kimin tərəfindən törədildiyini açıqlamayıb.

BMT-nin baş katibi kimyəvi silahlardan hücumu cinayət adlandırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG